Ərəb dilinin mahir bilicisi gözəl pedaqoq

 

Əsası görkəmli alimimiz, professor Ələsgər Məmmədov tərəfindən qoyulmuş çağdaş Azərbaycan ərəbşünaslığı yarım əsrdən artıq bir müddət ərzində şərəfli inkişaf yolu keçmiş, şərqşünaslığımızın mühüm qollarından birinə çevrilmişdir. Bu gün Azərbaycan ərəbşünaslığında onlarla elmlər doktoru, təqribən yüz əlli elmlər namizədi fəaliyyət göstərir. Tarix, dil, ədəbiyyat, fəlsəfə, iqtisadiyyat başqa sahələrdə çalışan ərəbşünaslarımızın Azərbaycan elminin inkişafında, onun beynəlxalq miqyasda tanınmasında ciddi xidmətləri vardır. Onlardan biri filologiya elmləri namizədi, dosent Malik İbrahim oğlu Qarazadədir.

 

Malik Qarazadə 1939-cu ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Dindar bir ailədə böyümüş Malik Qarazadə uşaq yaşlarından ərəb, fars dillərinə, klassik Şərq ədəbiyyatına, Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına böyük maraq göstərmiş, müqəddəs kitabımız Quranı öyrənməyə başlamışdır. Dinimizə onun açarı olan ərəb dilinə böyük sevgi Maliki BDU-nun ( o zamankı Azərbaycan Dövlət Universiteti) şərqşünaslıq fakültəsinə gətirmişdir.

Malik Qarazadə 1957-ci ildə BDU-nun şərqşünaslıq fakültəsinın nəzdində yenicə təşkil edilmiş ərəb şöbəsinə daxil olmuş, 1961-ci ildə oranı vaxtından əvvəl fərqlənmə diplomu ilə bitirmiş elə həmin ildə ərəb dili kafedrasına müəllim təyin olunmuşdur. M.Qarazadə 1962-ci ilin yanvarından dekabr ayınadək Bağdad Universitetində təcrübə keçmiş, vətənə qayıtdıqdan sonra BDU-da pedaqoji fəaliyyətini davam etdirmişdir. O, ərəb dili kafedrasında çalışdığı müddət ərzində bir neçə dəfə ərəb ölkələrində, o cümlədən Suriyada, İraqda Yəməndə qısa uzunmüddətli ezamiyyətlərdə olmuşdur.

Pedaqoji fəaliyyətlə elmi yaradıcılığı üzvi surətdə birləşdirən Malik Qarazadə 1989-cu ildə Gürcüstanın paytaxtı TbilisidəMüasir ərəb ədəbi dilində söz sırasımövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş, 1991-ci ildə dosent elmi adını almışdır. Malik müəllim 1995-ci ilin dekabr ayında BDU-nun ilahiyyat fakültəsinın nəzdində təşkil olunmuş dillər kafedrasının müdiri vəzifəsinə seçilmiş 2008-ci ilin yanvar ayına qədər, daha dəqiq desək, ömrünün sonunadək həmin vəzifədə çalışmışdır.

Qırx ildən artıq elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş Malik Qarazadə bu müddət ərzində yüzlərlə ərəbşünas yetişdirməklə yanaşı, bir sıra kitab, dərslik, dərs vəsaiti s. çap etdirmişdir. OnlardanMüasir ərəb ədəbi dilində söz sırasımonoqrafiyasını, orta məktəb üçünƏrəb dilidərsliyini (Ə.C.Məmmədov T.M.Cahani ilə birlikdə), “Azərbaycanca-ərəbcəƏrəbcə azərbaycancadanışıq kitablarını xüsusi qeyd etmək lazımdır.

Ruhən daha çox tədrislə bağlı olan Malik Qarazadə həmçininMüasir ərəb ədəbi dili”, “İraq dialektiİslamşünaslıqfənləri proqramlarının da tərtibçisidir.

Malik müəllim həm poetik istedad sahibi idi. Onun qələmindən əruz heca vəznlərində onlarla lirik, satirik şeir çıxmış, həmin şeirlər 2005-ci ildə müəllifin sağlığında nəşr edilmişVicdanın hökmütoplusunda öz əksini tapmışdır.

M.Qarazadə həmçinin bədii tərcümə ilə məşğul olmuşdur. Onun ərəb dilindən etdiyi bədii tərcümələrİnsan quş”, “ günlərin sorağındaalmanaxlarında, həmçininƏdəbiyyat incəsənətqəzetində çap edilmişdir. Klassik Azərbaycan ədəbiyyatının vurğunu olan Malik Qarazadə 2006-cı ildə məşhur Azərbaycan şairi Məhəmməd Əmin Dilsuzun seçilmiş şeirlərini toplu halında nəşr etdirmişdir.

Malik Qarazadə keçən əsrin 50-ci illərinin sonlarında o zamankı Azərbaycan Dövlət Radio Televiziya Verilişləri Komitəsinin nəzdində təşkil edilmiş ərəb redaksiyasının ilk azərbaycanlı kişi diktoru olmuşdur. Malik müəllim həmin illərdə İraqdan Azərbaycana dəvət olunmuş Sinan Səid, Hafiz Qəbbani Muştaq Taliblə çiyin-çiyinə çalışaraq Azərbaycan həqiqətlərini ərəblərə onların öz doğma dillərində elə gözəl çatdırırdı ki, onu dinləyənlər bu gözəl səs tələffüz sahibinin qeyri-ərəb olduğunu əsla hiss etmirdilər.

Malik Qarazadə hər şeydən əvvəl gözəl bir müəllim idi. Ustadımız, əvəzedilməz pedaqoq Ələsgər Məmmədovdan ərəb dili tədrisinin incəliklərini əxz etmiş Malik müəllim auditoriyada hər şeyi unudaraq bütün varlığını, bütün enerjisini bu çətin dili tələbələrə öyrətməyə sərf edirdi. Tələbələr onun dərs dediyi qruplarda məşğul olmağa can atır, Malik müəllimin məşğələlərində iştirak etmək üçün ilahiyyat fakültəsinin dekanı kimi mənə tez-tez müraciət edirdilər. Onu da qeyd edim ki, Malik müəllimdən yüksək qiymət almaq o qədər asan deyildi. O, ərəb dilinə dair hər hansı bir mövzunu tələbəyə lazımi dərəcədə öyrətməmiş, ondan istədiyi cavabı almamış rahat olmaz həmin tələbəyə yüksək qiymət verməzdi. Bəzən elə olardı ki, Malik müəllim bu ya digər mövzunu imtahan gedişində tələbəyə bir daha izah edər, yalnız bundan sonra ona qiymət yazardı.

Malik müəllim elmi-pedaqoji fəaliyyətinin çiçəkləndiyi bir vaxtda qəflətən aramızdan getdi. Yaşasaydı, bu il yetmiş yaşını təntənə ilə qeyd edəcəkdik. Artıq iki ilə yaxındır ki, biz onu öz aramızda görmür, duzlu-məzəli, şirin söhbətlərini eşitmirik. Amma biz hələ inanmırıq ki, onun gur səsini, ərəbcə gözəl nitqini auditoriya divarları arxasından bir daha eşitməyəcəyik. Lakin etməli? Necə deyərlər, “ölüm haqdır, çıxmaq olmaz əmrdən”. Bizə təsəlli verən yalnız odur ki, Malik Qarazadə bir alim, bir müəllim kimi ərəbşünaslarımızın qəlbində həmişə yaşayacaq hörmətlə yad ediləcəkdir.

 

 

Vasim MƏMMƏDƏLİYEV,

BDU-nun ilahiyyat fakültəsinin dekanı,

ərəb filologiyası kafedrasının müdiri,

akademik

 

Xalq qəzeti.- 2009.- 12 dekabr.- S. 11.