Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

 

Dövlət İdarəçilik Akademiyasında keçirilən elmi-praktik konfransda bu barədə əhatəli müzakirələr aparıldı

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyi, məhkəmə islahatı və ictimai fikir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açmışdır. O, xüsusi qeyd etmişdir ki, Azərbaycan Respublikası yenidən müstəqillik əldə etməklə qazanmış olduğu ən böyük nailiyyətlərindən biri Azərbaycan xalqının dövlətçilik məqsədlərinə və milli-mənəvi dəyərlərinə uyğun öz hüquq və qanunvericilik sistemini yaratması və inkişaf etdirməsidir.

 

Hazırda Azərbaycan Respublikasında inkişaf etmiş dövlətlərə məxsus olan xüsusiyyətlərə malik, Azərbaycan xalqının dövlətçilik məqsədlərinə və milli-mənəvi dəyərlərinə uyğun, öz müsbət cəhətləri ilə fərqlənən, demokratik inkişafa və beynəlxalq hüquqi məkana inteqrasiya prosesinə şərait yaradan hüquq və qanunvericilik sistemləri qurulmuşdur və onların müasir tələblərə müvafiq olaraq daha da təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.

Bütün bunlar ulu öndər, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ardıcıl olaraq, sistemli şəkildə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatları tam demokratik mahiyyətə və məzmuna malik olan bütöv bir proses olaraq, insan və vətəndaş hüquq və azadlıqlarını daha ardıcıl və dolğun şəkildə, daha geniş və demokratik məzmunda təmin etmək məqsədlərinə xidmət edir.

Qeyd etmək lazımdır ki, bütövlükdə müasir Azərbaycan dövlətinin qurulması prosesi, onun uğurlu inkişafı konsepsiyası kimi respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatları da məhz Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Hüquqi, iqtisadi, sosial və siyasi sahələrdə köklü islahatların aparılması üçün respublikamızda milli dövlət və milli hüquq sistemi quruculuğu prosesində ciddi addımlar atılmışdır.

1995-ci ilin əvvəllərində Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradılmış, komissiya tərəfindən ümumbəşəri ideya və dəyərləri özündə əks etdirən yeni Konstitusiya layihəsi hazırlanmışdır. Yeni Konstitusiyanın layihəsi 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi – referendumda qəbul edilmişdir. Yeni Konstitusiya müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, hakimiyyətin və dövlətin əsaslarını müəyyən edərək və ən yüksək hüquqi qüvvəyə malik olmaqla respublikamızda hüquq sisteminin bünövrəsini təşkil etmiş və əsaslı məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaratmışdır. Yeni Konstitusiya qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması sürətlənmiş, qısa dövr ərzində hüquqi sistemin bütün sahələrini tənzim edən bir sıra yeni qanunların hazırlanıb qəbul edilməsi mümkün olmuşdur.

Dövlət quruculuğunun və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində və cəmiyyətin ardıcıl olaraq inkişafının təmin olunmasında cənab Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq, ümumxalq səsverməsində qəbul edilmiş ilk milli Konstitusiyanın, demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə cavab verən yeni qanunların və Azərbaycan Respublikası Prezidentinin demokratik, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsinə xidmət edən bir sıra fərmanların əhəmiyyəti xüsusilə önəmli olmuşdur.

Ədalət mühakiməsini həyata keçirən müstəqil və qərəzsiz hakimlər korpusunun formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və onun əsasnaməsi təsdiq edilmişdir. Bu səlahiyyətli orqanın yaradılması ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarını sürətləndirmiş və onların səmərəliliyini gözə çarpan dərəcədə artırmışdır.

Seyfəddin Qəndilov qeyd etdi ki, məhkəmə-hüquq islahatları geniş məzmuna malik olmaqla bütövlükdə hüquq, qanunvericilik və məhkəmə sisteminin yaranması, mövcudluğu, inkişafı və təkmilləşdirilməsi üzrə həyata keçirilən və keçirilməli olan məsələləri əhatə etmiş olduğundan uzunmüddətli, davamlı bir prosesdir. Bu proses hazırda daha yüksək tələblərə müvafiq yeni keyfiyyət halında davam etməkdədir.

Konfransda “Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mahiyyəti, məzmunu və dinamikası” mövzusunda Azərbaycan Respublikasının Baş Prokurorluğunun hüquqi təminat şöbəsinin böyük prokuroru Mahir Tağıyev məruzə etmişdir. O, öz çıxışında vurğulamışdır ki, məhkəmə-hüquq islahatlarının əsas məqsədi Azərbaycanda hüquqi vətəndaş cəmiyyətinin yaradılmasında, ölkədə bazar iqtisadiyyatının inkişafında məhkəmələrin və məhkəmə xidmətlərinin səmərəsinin artırılması, bu məhkəmələrin insanların hüquqlarının təmin edilməsində rolunun yüksəldilməsidir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Vəfaddin İbayevin çıxışında ölkədə həyata keçirilən hüquq sisteminin islahatları insan hüquqlarının müdafiəsi kontekstində şərh edilirdi. Bu çıxışda Azərbaycan dövlətinin son illərdə qoşulduğu insan hüquqları üzrə beynəlxalq konvensiyaların ölkəmizdə demokratiyanın və insan azadlıqlarının təmin edilməsində rolu işıqlandırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının insan hüquqları, demokratiya və sülh problemləri üzrə YUNESKO mərkəzinin müdiri Cahangir Hacıyev konfransda etdiyi məruzədə inzibati idarəçiliyin təkmilləşdirilməsində yeni inzibati icraat qanunvericiliyinin rolundan bəhs etmişdir. Ölkəmizdə aparılan məhkəmə islahatlarının səmərəliliyi və əhalinin müxtəlif təbəqələri tərəfindən bu islahatların dəyərləndirilməsi haqqında keçirilmiş sorğuların nəticələri ilə konfrans iştirakçılarını Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Sorğu” sosial-siyasi araşdırmalar mərkəzinin rəhbəri Rüfət Quliyev tanış etmişdir.

Konfransda qeyd olunmuşdur ki, məhkəmə-hüquq islahatları, bütövlükdə Azərbaycanda aparılan dövlət idarəçiliyinin yenidən qurulması inkişaf strategiyasının mühüm tərkib hissəsi olaraq, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilir. İştirakçıların çıxışlarında xüsusi vurğulanmışdır ki, ölkə əhalisi məhkəmə işçiləri bu islahatları məqsədəuyğun hesab edir əsasən onların həyata keçirilməsindən razıdır.

Konfransda qeyd olunmuşdur ki, məhkəmələrin işində islahatlar nəticəsində yeni forma metodlar tətbiq olunmağa başlanmışdır. Vurğulanmışdır ki, məhkəmə islahatları ilə bağlı qanunların qəbul edilməsi zamanı onların maliyyə institusional nəticələri əsaslı şəkildə tədqiq olunur, yeni qanun layihələri ölkə Konstitusiyasına mövcud qanunvericiliyə tam uyğunlaşdırılır, yeni qanunlar məhkəmə praktikasında realizə edilməsi üçün konkret icra mexanizmləri işlənib hazırlanır, məhkəmə sisteminin işini təmin edən yeni institusional struktur inzibati təsisatların əsasları yaradılır, hakimlərin təyin edilməsi dövri attestasiyası üçün səmərəli tədbirlər həyata keçirilir. Konfrans iştirakçıları ölkədə aparılan məhkəmə islahatlarını şərh edərkən, bu islahatların maliyyələşdirilməsi üçün vəsaitin ayrılması, islahatların keçirilməsinin planlaşdırılması, onların həyata keçirilməsini təmin edən daha səmərəli tədbirlərin seçilməsi, hakimlərin məhkəmə islahatlarının aparılmasına maraqlarının artırılmasının böyük müvəffəqiyyətlə həyata keçirilməsinə diqqəti cəlb etmişlər.

Konfrans iştirakçılarının fikrincə, ölkədə keyfiyyətli səmərəli məhkəmə xidmətləri göstərməyə qadir olan yeni məhkəmə orqanları yaradılmışdır hazırda fəaliyyət göstərən məhkəmələrin modernləşdirilməsi həyata keçirilir.

Məhkəmə sisteminin idarə olunması, planlaşdırılması, maliyyələşdirilməsi, kadr siyasəti işçilərin təhsili ilə bağlı bütün vəzifələr tədricən bilavasitə məhkəmə orqanlarına həvalə olunur, ölkədə məhkəmə hakimiyyətinin müstəqilliyi, onun icra qanunverici hakimiyyətlərdən asılı olmaması təmin edilir.

Konfransda tövsiyə olunmuşdur ki, ölkədə məhkəmə islahatları barədə geniş miqyasda rəy sorğuları keçirilsin, əhalinin müxtəlif təbəqələrindən olan insanların bu sahədə fikir mülahizələri öyrənilsin. Konfrans iştirakçılarının fikrincə, bu sorğuların nəticələri onların elmi təhlili əsasında məhkəmə sistemində aparılan islahatların təkmilləşdirilməsi əhalinin işgüzar dairələrin məhkəmə xidmətlərindən daha geniş istifadə etmələrinə, ümumiyyətlə, ölkədə məhkəmə sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasına, bu sistemin azad sahibkarlığın bazar iqtisadiyyatının inkişafında rolunun yüksəldilməsinə, insanların hüquq azadlıqlarının daha geniş təmin olunmasına, bütövlükdə ölkəmizdə demokratiyanın inkişafına və beləliklə, cəmiyyətimizin dövlətimizin çiçəklənməsinə tərəqqisinə xidmət edəcəkdir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 10 dekabr.- S. 3.