Binəqədi rayonunda Beynəlxalq Əlillər
Günü qeyd edilmişdir
Hər il Beynəlxalq Əlillər Gününün
Binəqədi rayonunda geniş qeyd olunması artıq ənənə
halını almışdır. Əsl bayramsayağı
keçirilən bu tədbirlər əlillərin ürəyincə
olur, onları sevindirir, fərəhləndirir,
yaşayıb-yaratmaq əzmini gücləndirir. Belə vaxtlarda əlillər, ən başlıcası, zəifliklərini
unudurlar.
Binəqədi Rayon
İcra Hakimiyyətinin təşəbbüsü və maliyyə
dəstəyi ilə keçirilən tədbirdə də əlillər
yuxarıda qeyd edilən hissləri yaşadılar. “Vüsal” şadlıq
evində təşkil olunan ziyafətdə
iştirakçıları salamlayan rayon icra hakimiyyəti
başçısının müavini Eldar Ağayev əlillərə
göstərilən dövlət qayğısından
danışmış, ölkə Prezidenti İlham Əliyevin
onların problemlərinə, çətinliklərinə həssaslıqla
yanaşdığını vurğulamışdır.
Sonra söz əlillərə
verilmişdir. Onlar son illər ölkəmizdə sosial-iqtisadi
şəraitin yaxşılaşmasından, bütün vətəndaşların,
o cümlədən əlillərin məişət problemlərinin
həlli istiqamətində atılan addımlardan bəhs
etmişlər. Əlillər onların bayramlarda
unudulmadıqları, mütəmadi yardımlar göstərilməsi,
sosial müdafiələrinin gücləndirilməsi
üçün həyata keçirilən tədbirlərə
görə rayon icra hakimiyyəti rəhbərliyinə minnətdarlıqlarını
bildirmişlər.
Sonda rayon icra hakimiyyəti
tərəfindən 110 nəfər əlilə maddi yardım
göstərilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 4 dekabr.- S. 8.